PRESS NEWS AZERBAIJAN

Zəncirotu insanı 5 il cavanlaşdırır

21.08.2014

Amerikalı mütəxəssislər sübut ediblər ki, kofe əvəzinə zəncirotu dəmləməsi içmək orqanizm üçün çox faydalıdır. O insanı 5 il cavanlaşdırır.

Sözügedən dəmləmənin reseptini təqdim edirik:

Zəncirotu kökünü yuyub, doğrayıb sobada və ya qazın üstündə qovurun. Sonra onu əzib, toz halına gətirin. Qarışıqdan 2 çay qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 dəqiqə qaynadın. Sonra zövgə görə süd, qaymaq və şəkər əlavə edin. Həftədə bir dəfə bundan içmək məsləhətdir.

Bu qarışıqdan içmək insana gümrahlıq verir, həzmə kömək edir, mədə xəstəliklərini aradan qaldırır, qan dövranını yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən təmizləyir.

Please reload