Səudiyyə kralı “başını kəsin” dedi - kəsdilər
Əfqanıstanın ”Khaama Press” agentliyinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanında Pakistan vətəndaşı bir əfqanı öldürdüyünə görə başı kəsilib.
Səudiyyənin Daxili İşlər Nazirliyinin bəyanatında deyilib ki, Pakistan vətəndaşının başı qılıncla vurulub.
Səudiyyənin xəbər agentliyi də bu barədə xəbər yayıb. Xəbərdə deyilir ki, Məhəmməd Əyyub Xan ölkənin cənub-qərbində məhkəmənin hökmünün icrasından sonra başsız qalıb.
Xəbərdə Əfqanıstan vətəndaşı Məhəmməd Sazı öldürdüyünə görə ittiham olunan Pakistan vətəndaşı cinayəti törətdiyini etiraf edib. Səudiyyə kralı məhkəmə hökmünü təsdiq etdikdən sonra Məhəmməd Əyyub Xan öldürülüb.
Qətl mübahisə zəminində baş verib. Məhəmməd Əyyub Xan Məhəmməd Saza metal əşya ilə bir neçə zərbə endirib.
”Khaama Press” agentliyi bildirir ki, pakistanlının ölümündən sonra Səudiyyə Ərəbistanında bu ilin əvvəlindən indiyə kimi müxtəlif ölüm cəzalarının icrasının sayı 34-ə yüksəlib. Ötən il isə Səudiyyədə 78 nəfər ölüm hökmündən dolayı qətl edilmişdi.
Agentlik onu da bildirir ki, Səudiyyə Ərəbistanında Pakistan və Əfqanıstan əsilli icmalar çoxluğu ilə seçilir.