Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin əməkdaşları arsızlığın son həddinə çatıblar.
Cəzasız qalacaqlarına əmin olan müfəttişlər hər söz-söhbətdə sürücüləri döyməkdən çəkinmirlər. Onlar artıq hakimiyyət nümayəndəsinə də əl qaldırırlar. Pressnews.az vesti.az-a istinadən bildirir ki, hadisə avqustun 19-da Yasamal rayonu ərazisində baş verib.
M.Həsənov küçəsində departamentin Ruslan adlı əməkdaşı 1986-cı il təvəllüdlü Mehdiyev Aqil Nurəddin oğlunu döyüb. Mehdiyev isə polis serjantı, Daxili İşlər Nazirliyinin əməkdaşı olub. Ancaq onu döyən Ruslan bu barədə bilməyib.
Çünki polis əməkdaşı mülki geyimdə olub. Polis əməkdaşı baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub.
Nəqliyyat müfəttişinin şəxsiyyəti artıq müəyyən edilib. Yol polisi şöbəsindən bildiriblər ki, polis əməkdaşına əl qaldıran şəxs cəzasını alacaq.