PRESS NEWS AZERBAIJAN

Şəhidlərin məzarını təhqir edənlərə cinayət işi açıldi

22.08.2014

 

Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. 

 

PressNews.Az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun yaydığı bəyanatda bildirilib. 

 

Qeyd olunub ki, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR