top of page

NATO: “Rusiyanın Ukraynaya hərbi müdaxilə riski qalır”

2.jpg
NATO baş katibi Anders Foq Rasmussen hesab edir ki, Ukrayna ilə bağlı situasiyada Rusiya bütün variantlardan istifadəni öz əlində saxlayır. Alyansın baş katibi Krımın ilhaqından sonra Rusiyaya qətiyyən əvvəlki etimad səviyyəsini qalmadığına diqqət çəkərək deyib: “İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropa ölkəsi zor gücünə başqa ölkənin ərazisinin bir hissəsini özünə birləşdirib. Bununla da Rusiya öz üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri və verdiyi vədləri bortdan kənara tullayıb və Avropa təhlükəsizlik sferasında tamamilə yeni situasiya yaradıb. İndi biz bu situasiyaya uyğunlaşmalıyıq”.

Rasmussenin sözlərinə görə, NATO bundan sonra ümumi müdafiəni gücləndirəcək. “NATO sammitində biz lazımi anda daha operativ reaksiya vermək üçün yeni addımlar müəyyən edəcəyik”, - deyə alyans rəhbəri qeyd edib. O, Ukraynaya Rusiyanın hərbi müdaxilə təhlükəsinin aradan qalxmadığını da dilə gətirib: “Risk qalır...”

bottom of page