Həm təzə, həm də qurusu rahatlıqla həzm olunan əncir meyvəsi bir çox xəstəliklərə qarşı immunitet yaradaraq orqanizmi zərərli təsirlərdən qoruyur.
Təzə əncirin 100 qramında 63 kilokalori enerji, quru əncirin 100 qramında isə qramında isə 284 kilokalori enerji var. Əncirin tərkibi A, B1, B2, C vitaminləri ilə zəngin olmaqla yanaşı, kalsium, dəmir, fosfor, maqnezium, natrium, kaliumun da daşıyıcısıdır.
2 ədəd təzə əncir tərkibindəki kalsiuma görə 1 stəkan südə bərabər hesab olunan meyvədir. Bu baxımdan da əsasən yetkinlik dövründə olan uşaqlar, həmçinin hamilə qadınların əncir yeməsi olduqca önəmlidir. Tərkibindəki lif nisbəti sayəsində qəbizliyin qarşısını aldığından pəhriz üçün də xeyirli meyvə hesab olunur. Bununla yanaşı öskürək, bronxit və astma kimi xəstəliklərə də inanılmaz təsir göstərir. Əncir ağır xəstəliklər sonrası həddindən artıq arıqlamanın da qarşısını alır.
Yaşlanmaq istəməyən qadınlar isə davamlı olaraq əncir yeməlidir. Belə olan təqdirdə yaşlanmanın vücuddakı təsirlərinin yaranması da gecikir. Əncir eyni zamanda tərkibində yüksək miqdarda antioksidant olan meyvədir.
Tərkibində yüksək miqdarda pektin fermenti sayəsində əncir xolesterolun səviyyəsinin aşağı düşməsinə təsir göstərir. Bu səbəbdən də gündə 2 ədəd əncir yeməklə xolesterolun salınmasında önəmli fayda qazanmaq olar.
Əncir qurusu qış aylarında bədənin müqavimətini artırır. Bir çox sağlamlıq probleminə qarşı güc və dayanıqlılıq qazandırır.
Ənciri qozla birlikdə yesəniz, həm bədəninizi zəhərlərdən qoruyar, həm də bronxiti aradan qaldıraraq öskürəyi kəsər. Soyuqdəymə üçün də faydalıdır.
Ənciri südlə ya da sirkə ilə yalnız zeytunyağına batırıb yeyərək babasili aradan qaldıra bilərsiniz.
Səsiniz xırıldayırsa, dərhal bir ənciri bir stəkan südün içinə qoyub qaynadın. Bu siropu ilıq halda içmək lazımdır.
Yaş budaqları qırılanda axan süd kimi ağ mayeni yaralar üçün istifadə edə bilərsiniz. Bu maye yaraların daha tez sağalmasına kömək edir. Əncir südü ağrıkəsici vasitə kimi zədələrdə, rеvmatizmdə, lüumbaqo, podaqrada istifadə еdilir. Əncirin rişələrini dəmləyərək honorеyada, budaqlarının cövhərini - qanqusmada, havada qalan köklərin ucunu isə qusma və dizеntеriyada dəmləyərək içirlər.
Cirə ilə birlikdə yeyilən əncir həm qan artırar, həm də kökəldər.
Bağırsaq iltihabı olanlar ənciri çox yeməlidirlər.
Gürcüstanda əncirin yеtişmiş mеyvəsindən qatı еkstrakt hazırlayaraq onu sidikqovucu kimi və ürəyin xəsəliklərinin yüngül formalarının müalicəsində istifadə еdilir. Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür. Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir.