PRESS NEWS AZERBAIJAN

İŞİD-in gündəlik qazancı dünyanı şoka saldı

26.08.2014

İŞİD-in petrol satışından gündəlik qazancı 1 milyon dollardan 2 milyon dollara yüksəlib. 

 

İraq Şam İslam Dövlətinin (İŞİD) nefti bazar qiymətindən 50 faiz daha ucuz satdığı bildirilir.  İŞİD beynəlxalq bazarda 102 dollara satılan xam brend nefti 25-60 dollar arasında dəyişən qiymətə satır. Mütəxəsislər neftin belə satışının qlobal neft  bazarına zərər vermədiyini açıqlayıb. Brookings Doha Mərkəzinin təhsil üzvü Luay Əl Xəttab İŞİD-in gündə 30 min barrel petrol satdığını bildirib. Səudiyyə Ərəbistanının bir günlük petrol istehsalı isə 9 milyon barreldir.  Miqdarın kiçik olmasına baxmayaraq əhəmiyyətli olduğunu söyləyən Xəttab İŞİD-in petrol satışından gündəlik 2 milyon dollar gəlir əldə etdiyini və bu yolla fəaliyyətini maliyyə edə biləcəyini vurğulayıb. 

 

Xəttab həmçinin bildirib ki, İŞİD nəzarətində olan ərazidən neft satmaq üçün maksimum istifadə edir:  "Xam neft tankerlərlə İran və Kürdüstandan İordaniya, Türkiyədən isə Mosula daşınır.  Neftin bir hissəsi Suriyanın yeni bazarlarına aparılır".  

 

Suriyanın şərqində 7 petrol sahəsinin, İraqdakı petrol yataqlarının isə 2-sinin 60 faizinin İŞİD-in nəzarətində olduğunu söyləyən Xəttab petrolun mühüm bir hissəsinin isə Türkiyənin cənubuna getdiyini iddia edib. 

Please reload