PRESS NEWS AZERBAIJAN

Ermənilər işğal etdikləri Laçın rayonunda yeni qəsəbə salır -Video

27.08.2014

Azərbaycanın işğal edilmiş torpaqlarının erməniləşdirilməsi prosesi bu günümüzə qədər həyata keçirilməkdə davam edir və işğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma prosesi sürətləndirib.

Avropa.info xəbər verir ki, işğal olunmuş torpaqlarımızda olan, Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırlaraq bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə çalışırlar. Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır.  

 

İraqdan, Suriyadan və başqa ölkələrdən gəlmiş erməni ailələri işğal edilmiş yaşayış yerlərində, həmçinin Laçın rayonunda yerləşdirilir. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Laçının Zabux və Cağazur kəndlərində də ermənilər quruculuq, abadlıq işləri aparırlar. Belə ki, Laçın rayonu işğal edildiyi zaman tamamilə məhv edilmiş Zabux kəndi ərazisində yeni qəsəbə salınır və adı dəyişdirlərək Aqavno qoyulub. Zabux kəndi Gorus rayonu ilə həmsərhəd kənddir və Xankəndi ilə Gorus rayonunu birləşdirən maqistral avtomobil yolu bu kəndin içərisindən keçir. Qəsəbədə tikiləcək evlər günəş batareyaları ilə qızdırılacaq. Zabuxda yaşamaları üçün yerləşdirilən ailələrə əlavə olaraq yardım da veriləcək. 

Oxuculara məlumat üçün qeyd edək ki, Zabux kəndi Zabux — Laçın rayonu inzibati ərazi vahidində yerləşir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Qonşukəndlər (əhatəsi) – Suskəndi, Fətəlipəyə kəndi (Həkərininsolsahili), Cağazurkəndi (Zabux şayınınsağ sahili), Ermənistan tərəfdənGorusrayonununGorunzurkəndivə Dığ kəndi.

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən (Çay qovuşan) bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayın sol sahilində yerləşirdi. Sonradan kənd böyümüş – çayın o tayında Alxan dərəsində də evlər tikilmişdi. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində – Zabux çayın (Minkənd çayı da deyirdilər) üstündə idi. Kənd Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşirdi. Ermənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Üç kənddən ibarət (Zabux, Sus, Qızılca) "Komsomol" kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə ta qədimdən su dəyirmanı olub. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda silos quyuları, böyük anbarlar, geniş ərazidə ot taya yerləri vardı. Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər ), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. 

 Zabux kəndi o kənddir ki, 1918-1920-ci illərdə erməni ordusu Andronikin rəhbərliyi ilə bu kəndin yaxınlığında məskən salaraq buradan Qarabağa keçmək istəyirdi. Xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılığı ilə yaradılmış yerli özünü müdafiə dəstələri Andronikin ordusu ilə bu kənddə qarşılaşdı.

1918-1920-ci illərdə indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı Azərbaycan türklərinin apardığı müharibədə "Zabux döyüşü" nün xüsusi əhəmiyyəti var. Erməni generalı Andronikin başçılığı ilə Azərbaycan torpaqlarını işğal etmək istəyən 15 minlik erməni ordusu Sultan bəy Sultanovun başçılığı ilə məhz Zabux kəndində məhv edildi. 

Laçınlı Sultan bəyin Azərbaycanın ən qəddar düşmənlərindən biri, ermənilərin isə çox böyük önəm verdiyi Andronik üzərindəki qələbəsi hərb tariximizin çox şərəfli səhifələrindən biridir.

Tarixdə ermənilərlə olan döyüşlərin ən böyüyü və ermənilərin ən çox əsgər, silah-sursat itirdikləri döyüş Zabux döyüşü olmuşdur. Sultan bəy Sultanovun rəhbərlik etdiyi həmin döyüşdə Andronikin ordusu darmadağın edilmişdir. Zabux kəndindən Abdallara (Laçına) qədər olan uzun bir məsafədə heç bir erməni əsgəri canını Sultan bəyin döyüşçülərinin əlindən qurtara bilməmişdir. Qırğının ən çox olduğu məkan isə Zabux çayından körpüdən keçən yerdə - körpünün hər iki sahilində olub. Sultan bəyin dəstəsi çox az itki verib.

Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilmir. Onun səfərbər etdiyi 15 mindən çox erməni qulduru Zabux dərəsində Sultan bəy tərəfindən məhv edilir. Ermənilərin ona inamı itir. Tarix elmləri doktoru, professor Xəqani Məmmədov Andronikin sonrakı taleyi haqqında yazır: "Qarabağın qubernatoru Xosrov Paşa bəy Sultanovun qətiyyətli mövqeyi və tədbirləri nəticəsində Andronik məhv edilmiş ordusundan qalan süvari və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçdı".

 

Please reload

ƏN ÇOX OXUNANLAR