“Minskdə danışıqlar keçiriləcək”.
Ermənistanın Avrasiya gömrük ittifaqına daxil olması məsələsi bu ilin oktyabr ayında həll olunacaq.
PressNews.Az Mediamaks-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük ittifaqının dövlət rəhbərlərinin görüşünə həsr edilmiş Minskdə keçirilən brifinqdə bildirib.
Nazarbayev bildirib ki, oktyabr ayının 10-da Minskdə keçiriləcək danışıqlar çərçivəsində Ermənistan və Qırğızıstanın Avrasiya iqtisadi ittifaqına daxil olması məsələsi barədə qərara qəbul ediləcək .