AKP tərəfindən qurulmuş Türkiyə Cümhuriyyətinin 59-cu hökumətində 2 nazirin erməni əsilli olduğu haqqında məlumat yayılıb. AZADİNFORM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda hər kəsi bunun nə dərəcədə doğru olduğu maraqlandırır.
Türkiyə həftəsi münasibətilə Parisdə keçirilən TÜSİAD toplantısına qatılan nazir Kürşad Tüzmen “Erməni soyqırımı” haqqında bu cür deyib: “Biz ermənilər barəsində uşaqlarımıza heç vaxt onların pis bir millət olduğunu demirik. Uşaqlarımızın analarımızdan, atalarımızdan və babalarımızdan gördüyümüz şəkildə barış tərəfdarı olmasını təmin etməyə çalışırıq”.
O həmçinin deyib ki, Nazirlər Kabinetinə nəzər yetirilsə orada erməni əsilli 2 nazir olduğu aydın görülər: “Soyqırımı kimi bir hadisə olsa onsuzda burada bu nazirlərin davamlılığından söhbət belə gedə bilməz. Qaldı ki biz, erməniləri “Millət-i sadiə” olaraq adlandırmışıq. Yəni, sadiq millət anlamında. Ermənilər, Osmanlı illərindən bəri dövlətin hər qədəmində çalışıblar” – deyə o bildirib.
Tüzmen kabinetdə olan 2 nazir haqqında ətraflı məlumat verməyib.
Onun açıqlamasına görə, Fransada və dünyanın bir çox ölkəsində ermənilər tərəfindən edilən lobbi fəaliyyətlərində “Erməni soyqırımı yoxdur” demək günah halına gətirilərkən, Türkiyə Cümhuriyyətində erməni əsilli 2 vətəndaşımız Nazirlər Kabinetində nazir olaraq vəzifədə çalışır.