top of page

Çində həkimlər yeni bir möcüzəyə imza atıblar – FOTO + VİDEO

04.jpg
Armatur alnının sağ tərəfindən girərək, çənəsinin sol tərəfindən çıxdı.

Guansi əyalətindən olan və cənab Ho adı ilə tanıdılan şəxs evinin denmontajı ilə məşğul olarkən yuxarıdan düşən ağır bir metal alnını sağ tərəfindən girərək, çənəsinin sol tərəfindən çıxır.

Dərhal hadisə yerinə təcili yardım çağırılır. Həkimlər onu bu halda təcili yardıma mindirməyə çəkindiklərindən FHN mütəxəssisləri işə cəlb olunur. Onların müdaxiləsi ilə 50 yaşlarında olan fəhlə dərhal xəstəxanaya çatdırılır. Tibb işçiləri ağır travmadan sonra yaralanın nəinki salamat, hətta huşunun başında olduğunu biləndə dəhşətə gəlirlər.

Pressnews.az Xezerxeber-ə istinadən xəbər verir ki, həkimlər uğurlu əməliyyatdan sonra onun həyatını xilas edə bilirlər. Artıq onun həyatı üçün heç bir təhlükə qalmadığını bildirilir.

03.jpg

bottom of page