İŞİD-ə simpatiyası olan bəzi müsəlman qadınlar “cinsi cihad” üçün Suriyaya və İraqa gedir.
PressNews.Az bu “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, üç malayziyalı qadın İŞİD üzvlərinin cinsi tələbatını ödəmək üçün bu təşkilata qatılıb.
Malayziya təhlükəsizlik orqanının məsul şəxslərindən birinin verdiyi məlumata görə, 30 yaşlı bir malayziyalı qadın dekabr ayında Türkiyəyə gələrək burada özünə sərhədi keçməyə kömək edəcək adam tapıb və beləcə Suriyaya gedib.
Malayziyalı qadınlarla bərabər avstraliyalı və ingilis qadınların da eyni məqsəd üçün İŞİD-ə qatıldığı söylənib.
Adı çəkilməyən səlahiyyətli şəxslərdən biri İraqın Mosul şəhəri İŞİD tərəfindən ələ keçirildikdən sonra ailəli olmayan qadınların cinsi məqsəd üçün oraya göndərilməsi haqda əmr verildiyini bildirib.