İngiltərənin baş naziri Devid Kameron Kremli öz tanklarını və əsgərlərini təcili şəkildə Ukraynanın şərqindən geri çəkməyə çağırıb. Kameron Rusiya qoşunlarının Ukraynaya girməsinin ciddi nəticələr verəcəyi haqda Putini əmin edib.
İngiltərə baş naziri Rusiya prezidentini Donbasda vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb. “Rusiya öz tanklarını sərhəddən keçirib Ukraynaya göndərməkdən çəkinməlidir”, - deyə o xəbərdarlıq edib. Kamerona görə, Kreml vaxt itirmədən Kiyevlə münaqişənin başqa həll yolunu axtarmalıdır. “Əgər Ukraynaya münasibətdə Putin öz davranışını dəyişməkdən imtina eləsə, onu çox ciddi nəticələr gözləyir” - əlavə edib hökumət başçısı.