top of page

Metroda baş verən hadisə hər kəsi şoka saldı - VİDEO

Platformaya makaron tökdükdən sonra onu yeməyə başlayıb.

Bununla o yerin təmiz olduğunu sübut etmək istəyib.

Kanadanın “Bissell” şirkətinin brend meneceri Ravu Dalçand çalışdığı şirkətin istehsal etdiyi tozsoranın effektivliyini nümayiş etdirmək üçün hər şeyə hazır olub. Kişi yeni qurğunun nümayiş etdirməyin ən münasib yolu tapıb.

Bunun üçün o, metrostansiyaların birinə yollanıb. Platformaya makaron tökdükdən sonra onu yeməyə başlayıb. Makaronu yeməzdən əvvəl o, öz şirkətinin tozsoranı ilə yeri təmizləyib və bununla da yerin təmiz olduğunu sübut etmək istəyib.

Brend menecerin hərəkəti yeraltı nəqliyyatdan istifadə edən sərnişinləri təəccübləndirib. Bir neçə dəqiqə ərzində onun ətrafına insan kütləsi yığılmağa başlayıb. Bunu bəziləri iyrənclik hesab etsə də, menecer heç nəyə baxmadan yerə səpələdiyi makaronların üzərinə sous tökərək sonadək yeyib. Bundan sonra kişi üzünü tamaşaçılara çevirərək öz məhsulunu təqdim edib.

Ekspertlərin qeyd etdiyi kimi, məhsulunu bu cürə təqdimatı şirkətin xeyrinə olub. “Bissell” şirkətinin rəhbəri deyib: “ İnsanlar rəqəmlər üzərində yazılmış test nəticələrindən yorulublar. Real həyatda baş verən situasiya isə onlara məhsulun nə dərəcədə keyfiyyətli olmasını göstərəcək”.

bottom of page