PRESS NEWS AZERBAIJAN

Nazarbayev: “Ukrayna böhranının daha da gərginləşməsi Qazaxıstan iqtisadiyyatına ziyan vura bilər”

02.09.2014

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Ukrayna böhranının daha da gərginləşməsi Qazaxıstan iqtisadiyyatına ziyan vura bilər. Nazarbayev sentyabrın 2-də parlamentdə çıxış edib. Onun sözlərinə görə, Ukrayna böhranına görə tətbiq olunmuş sanksiyalar və ticarət qadağaları Rusiya da daxil olmaqla, Qazaxıstanın tərəfdaşlarının iqtisadi artımını əngəlləyəcək və bu da nəticədə Qazaxıstan iqtisadiyyatına təsir göstərəcək. «Qlobal ÜDM-nin 60 faizini verən dövlətlərin qarşılıqlı sanksiyaları mövcud iqtisadi münasibətlərdə və dünya düzənində ciddi dəyişikliklərə gətirəcək”- deyə Nazarbaev deyib. Rusiya Aİ-nin sanksiyalarına Aİ-dən ərzaq idxalını qadağan etməklə cavab verib. Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır və Avrasiya İqtisadi Birliyini yaratmağa razılaşıblar. Birlik 2015-ci ilin yanvarından işə başlamalıdır.

Please reload

ƏN ÇOX OXUNANLAR