PRESS NEWS AZERBAIJAN

Obamanın Avropaya səfəri başlayır

02.09.2014

 

ABŞ prezidenti Barak Obamanın Avropaya səfəri başlayır. O, Estoniyaya, daha sonra NATO sammitində iştirak üçün Britaniyaya gedəcək. Obamanın səfəri Rusiya və Qərb arasında gərginliyin son on illər ərzində görünməyən həddə çatması ilə eyni vaxta təsadüf edir. Birləşmiş Ştatlar Avropa müttəfiqləri ilə birlikdə Rusiya üzərinə bir sıra sanksiyalar qoyub. Səbəb Kremlin Ukraynanın şərqində rusiyayönlü separatçıları dəstəkləməsidir. Obama sentyabrın 2-də axşam Estoniyaya çatacaq, ertəsi gün prezident Toomas Hendrik Ilves və digər rəsmilərlə görüşəcək. Bir gün sonra isə Latviya və Litva prezidentləri də onlara qoşulacaq. NATO-nun Uelsdə sammiti sentyabrın 4-5-də keçiriləcək. 

 

Please reload

ƏN ÇOX OXUNANLAR