1000 rus əsgərinin cəsədi (VİDEO, FOTO)
Donetsk bölgəsindən minlərlə rus əsgərlərinin cəsədi Rusiya Federasiyasına çatdırılıb.
ANS PRESS-in məlumatına görə, Ukraynadan Rusiyanın ərazisinə həlak olmuş Rusiya hərbi qulluqçularının cəsədləriylə dolu təxminən 15 "Kamaz" yük maşını gəlib.
Bu haqda Facebook səhifəsində Rusiya müxalifətinin hərbi blokunun koordinatoru "Yük-200" qrupunun banisi Yelena Vasilyeva bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-də 15 yük maşını Donetsk bölgəsində həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə sərhədi keçdilər. "Kamaz"larda 800-dən 1000-ə qədər rus hərbçisinin cəsədi olub. Vasilyeva cəsədlərin hara aparıldığı haqda məlumatın olmadığını deyib.