PRESS NEWS AZERBAIJAN

Rusiya Ukraynaya daha bir diviziya yeritdi - VİDEO

04.09.2014

 

Donbas partizanlarının nəzarətində olan Luqansk vilayətinin Krasnodon şəhrində üzərində heç bir işarə və emblemlər olmayan zirehli texnkadan və döyüş maşınlarından ibarət böyük bir karvan  görüntülənib.

 

PressNews.Az rus mediasına istinadən xəbər verir ki, yüzlərlə hərbi texnika və minlərlə əsgərin cəmləşdiyi bu ordu qruplaşmasının üzü Donetsk istiqamətində dayanıb.

 

Qeyd edək ki, Luqansk vilayətinin Krasnodon şəhəri Rusiya-Ukrayna sərhədindən cəmi 10 km uzaqlıqda yerləşir və şəhərə separatçılar nəzarət edirlər.

 

 

Please reload