top of page

Türk üzümü Medvedevi əsəbiləşdirdi

Rusiyanın baş naziri Dmitri Medvedev Krasnoyarsk şəhərində bazara baş çəkib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bazarda meyvə və tərəvəzlərin qiymətini və keyfiyyətini öyrənən baş nazir Türkiyədən gətirilən üzümü görəndə əsəbiləşib. O, səlahiyyətləri şəxslərə müraciət edərək meyvənin Türkiyədən gətirilməsi səbəbini soruşub. Baş nazir bildirib ki, meyvənin Türkiyədən gətirilməsi pis deyil, amma Rusiyanın öz malı olsa daha yaxşı olar.

Baş nazirin sözçüsü Natalya Timakova bildirib ki, Medvedev bazarları araşdırmaq üçün ölkədəki bütün market və bazarlara tez-tez baş çəkəcək.

Babək Cəfərov

bottom of page