top of page

Tanınmış teleaparıcı ANS-dən getdi

“Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu ANS-dən ayrılıb.

Bu barədə PressNews.Az-a aparıcının həyat yoldaşı Zülfiyyə xanım məlumat verib.

O bildirib ki, aparıcı:

“Hal-hazırda müalicə alır. İlqar bəyin ANS telekanalı ilə müqavilə müddəti bitib. Bilirsiniz ki, onun qolu sınıb, hal-hazırda müalicə alır. Hələlik hansı telekanalda çalışıb-çalışmayacağını deyə bilmərəm”.

Xatırladırıq ki, ötən ay ANS TV-nin “Günə Baxan” verilişinin anons çəkilişləri zamanı aparıcı İlqar Mikayıloğlunun qolu sınmışdı.

Teleaparıcı, yeni sezondan ATV telekanalında aparıcılıq edəcək. Onun aparacağı veriliş əyləncə mövzusunda olacaq.

Qeyd edək ki,"Günəbaxan" verilişini yeni mövsümdə teleaparıcı Kamran Həsənli aparacaq.

bottom of page