Ukrayna ordusu separatçılara zərbə endirdi
Ukrayna ordusu Mariupola hücumun qarşısını alıb. Bu barədə Ukrayna mətbuatında məlumatlar yayılıb. İlkin informasiyaya görə, Ukrayna kəşfiyyatçıları zenit raketləri ilə separatçıların "Ural" maşınını vurub.
PressNews.Az xəbər verir ki, "Azov" batalyonun xüsusi təyinatlıları Şirokino kəndində gedən döyüşlərdə xüsusi məharət göstərərək işğalçı qüvvələrə ağır zərbə endiriblər. "Xoşbəxtlikdən itkin düşənlər tapılıb. Həlak olanlar yoxdur. Həmçinin, sərhəd qoşunlarından bizim silahdaşlarımıza onlarda da itki olmadığı bildirilib", - deyə "Azov" batalyonundan bildirilib.
Mariupoldan 20 kilometr məsafədəki "Azov"un ön postları separatçıların postunu məhv edib. Ukrayna artilleriyası "122-millimetr D-30 qaubits" batareyanı da məhv edib. Hazırda Şirokino kəndində mülki şəxslər arasında itkilər dəqiqləşir.