PRESS NEWS AZERBAIJAN

Ermənilərin yeni qorxusu

09.09.2014

Ermənilər NATO-nun qərarı ilə razı deyillər. Bu barədə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun fikrincə, NATO-nun son sammitində qəbul edilən sənəddə beynəlxalq hüquqa selektiv yanaşmanı əks etdirən formullar var. 

Xatırladaq ki, söhbət Moldova və Cənubi Qafqazadakı münaqişə haqqında sənəddən gedir. 

Nalbandyanın fikrincə, bu sənəd ATƏT-in Minsk qrupunun yanaşma, ideya və təkliflərinə uyğun deyil. Erməni nazir Dağlıq Qarabağ ətrafındakı münaqişəyə NATO-nun yanaşmasının Azərbaycanın özünə də pis təsir etməsindən də narahatdır. 

Ermənistanın dövlət rəsmisi qeyd edib ki, rəsmi Bakı gerçəklikdən daha çox uzaqlaşacaq, öz tələblərinin şərtsiz yerinə yetirilməsində israr edəcək.  Onlar bəllidir - Azərbaycanın işğal edilən ərazilərinin tamamilə azad edilməsi. Bu Ermənistan rəhbərliyini çox narahat edir. 

Bundan narahat olan Ermənistan rəhbərliyi xarici siyasət idarəsinin rəhbərliyinin dili ilə bildiriblər ki, NATO ölkələrinin Cənubi Qafqazdakı münaqişəyə yanaşması BMT nizamnaməsi və Helsinki aktına ziddir.  Burda sual ortaya çıxır. Bəs başqalarının ərazisinin işğalı bu beynəlxalq təşkilatların nizamnamələrinə zidd deyil? 
 

ANS PRESS 

Please reload

ƏN ÇOX OXUNANLAR