PRESS NEWS AZERBAIJAN

Rüşvət alan məmurun aqibəti belə olur - VİDEO

09.09.2014

Ukraynada adı rüşvətdə hallandırılan məmurla bağlı maraqlı hadisə baş verib. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 5-də Odessa vilayətində yaşanıb. Belə ki, həmin gün "Pravıy sektor” adlı qeyri-hökumət təşkilatının bir qrup fəalı Sosial Sığorta Fondunun Odessa vilayətindəki yerli şöbəsinin direktor vəzifəsini icra edən Oleq Rudenkonu saxlayaraq, onu dövlət vəsaitini mənimsədiyinə görə ictimai qınağa çəkiblər. Gənc fəallar daha sonra rüşvətxor məmura dərs olsun deyə, onu ictimaiyyətin gözü qarşısında zibil qutusuna soxublar. Bu zaman hadisəni kənardan müşahidə edənlərdən heç kim rüşvətxor məmurun haray-həşirinə əhəmiyyət verməyib.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR