Terrorçular Suriya ordusunun bir helikopterini vurub
Suriyanın İdlib əyalətində silahlılar hökumətin bir helikopterini vurub.
Suriyanın şimalında Əbu-Duhur adlanan hərbi hava limanına oturan helikopter silahlılar tərəfindən vurulub.
PressNews.Az-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, hökumətin helikopteri silahlıların “Şam Korpusu” adlanan qruplaşması tərəfindən və ABŞ istehsalı olan “Cornet” raketləri vasitəsilə vurulub.
Mənbə burada minimum 4 hökumət ordusu əsgər və zabitinin öldüyünü yazıb.
Qarşıdurmalar digər əyalətlərdə də baş verib. SİHMQ son sutkada Suriya ən şiddətli döyüşlərin ölkənin İsraillə sərhəddində yerləşən Qunaytara əyalətində getdiyini bəyan edib.