top of page

Geni dəyişdirilmiş məhsullar bizi "yeyir"

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev kanalımıza müsahibəsində bildirib ki, nazirlik geni dəyişdirilmiş məhsulların bazara çıxarılmasının hər zaman əleyhinədir və bununla mübarizə aparır. Bunun üçün xüsusi cihazlar alınıb.Geni genetik modifikasiyaya uğramış məhsulların insan orqanizminə təsiri bir müddət sonra özünü biruzə verir. Bu kimi məhsualların gözəl görünüşü insanları aldadır.Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, GMO məhsulları bəzi hallarda, hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaradır. Bütün bunlar, ən əsası isə GMO məhsullarının sonrakı nəsillərə göstərəcəyi təsirlə bağlı qeyri-müəyyənlik əksər dövlətlərin belə məhsulların istehsalına və idxalına məhdudiyyətlər qoymasına səbəb olub. Buna baxmayaraq, GMO məhsullarının istehsalı artır.Geni dəyişdirilmiş məhsulların keyfiyyəti, onların insan orqanizminə mənfi təsirləri artıq bütün dünyada geniş müzakirə mövzusuna çevrilib. Bəzi dövlətlərin isə, hətta özlərinə düşmən saydıqları ölkələrə qarşı bu yolla genetik terror həyata keçirdikləri iddia olunur. Məlumat üçün bildirək ki, genetik modifikasiyaya uğramış bitkilərin ilk nümunələri 1974-cü ildə ABŞ-ın “Mansorta” şirkəti tərəfindən hazırlanıb. Elə bu da təsadüf deyil ki, ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir.

bottom of page