top of page

Nemtsov: “Putin Rusiyanı səfil günə qoydu”

Rusiyalı politoloq, ölkəsinin əsas müxalif lideri Boris Nemtsov Putinin uğursuzluğuna dair faktlarla çıxış edib.

PressNews.az xəbər verir ki, bu barədə Nemtsov öz Feysbuk səhifəsində Vladimir Putinin siyasətindəki uğursuzluqları aşağıdakı kimi sıralayıb:

“Putin Ukraynanın neytral ölkə qalmasını istəyirdi. Nəticə - Ukrayna NATO-ya daxil olmaq istəyir.

Şimali Atlantika Alyansını zəiflətmək istəyirdi. Nəticə - NATO Qərb ölkələrinin hərbi büdcəsini artırır.

Ukraynanın Gömrük İttifaqına daxil olmağını istəyirdi. Nəticə - bu, heç vaxt baş verməyəcək. Ukrayna Avropa İttifaqı ilə assosiativ üzvlük barədə saziş imzaladı.

Dünyada öz təsir gücünü artırmaq istəyirdi. Nəticə - özü səfil oldu, ölkə isə sanksiyalar altındadır.

Ərzaq sanksiyaları ilə Qərbi cəzalandırmaq istəyirdi. Nəticə - Rusiya xalqını cəzalandırdı. Rusiyada ərzaq mallarının qiyməti qalxdı, Qərbdə isə düşdü.

Avrasiya İttifaqını genişləndirmək istəyirdi. Nəticədə, Avropa İttifaqı genişləndi”.

bottom of page