PRESS NEWS AZERBAIJAN

Suriyada əsirlikdə olan BMT sülhməramlılarının videogörüntüsü yayıldı

11.09.2014

 

Terrorçu “ən-Nusra Cəbhəsi” Suriyanın Colan yüksəkliklərində BMT-nin 73 sülhməramlısının videogörüntülərini yayımlayıb və onların son vəziyyətini açqlayıb. Suriyada girov götürülmüş 73 BMT sülhməramlısının videogörüntüləri “ən-Nusra Cəbhəsi”-in twitter səhifəsinə yayımlanıb. Videogörüntüdə sülhməramlıların girov götürülməsi ilə bağlı bəyanat verən “ən-Nusra Cəbhəsi”-in komandirlərindən biri onların amanda olduğunu deyib.

 

"Ən-Nusra" komandiri sülhməramlıların vəziyyəti ilə bağlı hazırda İordaniyada yaşayan sələfi alimi Əbu Məhəmməd əl-Məqdisinin tövsiyələrini və fətvalarını dinlədiklərini deyiblər. Bəyanatda bildirilib ki, sülhməramlılar tezliklə azad ediləcəklər.