PRESS NEWS AZERBAIJAN

ABŞ Konqresindən Türkiyəyə zərbə

15.09.2014

ABŞ  Konqresinin  Alt Komitəsində  dünən  Türkiyə və Qətərlə   bağlı müzakirələr keçirilib.

 

Avropa.info xəbər verir ki,  "Həmas dəstəkçiləri" adlanan toplantıda  ABŞ  Konqresinin üzvləri Türkiyə  və Qətəri "terroru dəstəkləyən" dövlətlər adlandırıblar.

 

Çirkin  ittiham və iftiraların səsləndiyi toplantıda , Türkiyə və Qətərə qarşı sanksiyaların tətbiq edilməsi təklifləri səsləndirilib.

Türkiyə və Qətərin  Yaxın Şərqdə yaşanan  proseslərdə tutduğu  mövqeni dəyərləndirən  Demokrat və Respublikaçıların Konqres  nümayəndələri , hər iki ölkəni  "dostluğu , düşmənliyi bilinməyən" ölkələr adlandırıblar.

 

Gəzi parkı olayları zamanı bəzi Qərb mətbuatında səsləndirilən  "Ərdoğan rejimi" ifadəsi , toplantıda rəsmən Konqres nümayəndələri tərəfindən də səsləndirilib. Bəzi Konqres üzvləri isə  Ərdoğanın  İŞİD-i  dəstəklədiyini bildiriblər. 

 

Konqres nümayəndələri  Həmas lideri  Xalid  Meşalın  Qətərdə  sığınacaq  almasından,  Türkiyənin isə Həmasa yardım etməsindən , Qəzzadakı Həmas hökumətinə maddi dəstək olmasından narahatçılıqlarını  da ifadə ediblər. Eyni zamanda Türkiyə hökumətinin Misirdəki  "Müsəlman  Qardaşları" ilə idealoji bağlılıqlarının olması da iddia edilib. 

 

Konqresin  Respublikaçılar Partiyasından olan  üzvü  Ted  Poe:  "Mesajımızı açıq verməliyik,  Həmasa  iqtisadi  dəstəyiniz olarsa, bunun  ciddi sonucları ola bilər. Ümid edirik ki, Türkiyə və Qətər  bu söylədiklərimizi  eşidirlər."

 

Konqres üzvü  Ron  De  Santis  isə Türkiyə və Qətərin İŞİD-ə dəstək verdiyini bəyan edib: " Biz Türkiyəni  və Qətəri İŞİD-ə dəstək verməkdə şübhəli bilirik. Suriyaya gələn cihadçılar haradan  geçir?  Əlbəttə ki, Türkiyədən gəlirlər."

 

Misirdəki  hərbi çevriliş zamanı  Qərbi və Qərbin yanında  olan  Sissini dəstəkləmək əvəzinə  qanuni  prezident  Mursini dəstəkləyən Türkiyənin bu addımı da, konqresmenlər tərəfindən təpki ilə qarşılanıb.

 

Konqres üzvü   Ron De Santis belə deyib: " Açıq şəkildə özünü  Müsəlman Qardaşları ilə eyni  səfdə tutan bir lider ölkə var, Türkiyə. Sözdə NATO üzvü."