top of page

Devid Kameron "İslam sülh dinidir"

Britaniyalı yardım könüllüsü Devid Heynsin İŞİD terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirməsindən sonra Böyük Britaniyanın baş naziri Devid Kameron fövqəladə iclas keçirib. İngilis baş nazir İslamın sülh dini olduğunu, bunu edənlərin islamla əlaqəsi olmadığını bildirib. “Onlar İraqda və Suriyada minlərlə müsəlmanı, xristianı və s. etnikləri qətlə yetirirlər. Bunu islam adına elədiklərini bildirirlər. Bu axmaq düşüncədir. İslam sülh dinidir. Onlar müsəlman deyil, vəhşilərdir”. İŞİD-in sadəcə Yaxın Şərq üçün yox, bütün dünya ölkələri üçün təhdid ünsürü olduğunu deyən Kameron bildirib ki, öldürülən könüllü təkcə İngiltərə vətəndaşı deyil, bütün Avropanı təmsil edir. Qeyd edək ki, ötən gün İŞİD terrorçuları Fransanın Humitar yardım qurulşunda könüllü fəaliyyət göstərən ingilis Devid Heynsi başını kəsərək öldürüb.

bottom of page