top of page

Müasir tələblərə cavab verən peşəkar təhsil mərkəzi yaradılıb.

“Kaspi Liseyi milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl orta məktəbdir”. AZADİNFORM xəbər verir ki, bu barədə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirib.

S.Vəliyeva qeyd edib ki, Kaspi Liseyində şagirdlərdə var olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır: “Kaspi Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühiti mövcuddur. Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları həmçinin, şagirdlərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə də zəmin yaratmış olur. Məktəb beynəlxalq təhsil proqram və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 2 dildə - Azərbaycan və rus dillərində keçirilir.

Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir. Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir”.

03.jpg
04.jpg
06.jpg

bottom of page