PRESS NEWS AZERBAIJAN

İraq prezidenti Fuad Məsum: “İŞİD Əl-Qaidə kimi deyil"

16.09.2014

 

İraq prezidenti Fuad Məsum ölkəsində terror aktları törədən İŞİD qruplaşması barədə açıqlamalar verib.

 

İraq prezidenti Fuad Məsum Fransanın “Europe-1” radiosuna müsahibə verib.

 

“İŞİD Əl-Qaidə kimi deyil. Onlar bənzər ideoloji köklərə sahib olsalar da, İŞİD terrorçuları çox əhəmiyyətli mənbələrə sahibdir. Geniş nəzarət imkanları var, başqa ölkələrə yayılmağı planlaşdırırlar və dövlət qurmaq istəkləri mövcuddur.

 

Mosul şəhərini də özünə xəlifə elan etmiş əl-Bağdadi paytaxt kimi göstərib. Son əməliyyatlardan sonra terror qruplaşması lideri gizlənməyə daha çox üstünlük verir” – deyə İraq prezidenti bildirib.

 

Please reload

ƏN ÇOX OXUNANLAR