top of page

Həyatın rəngi: ağ və qara - FOTO

Dünyada çox nadir rast gəlinən hadisə İngiltərədə yaşanıb.

PressNews.Az xarici mətbuata istinadən bildirir ki, Milton Keyns şəhərinin sakini - Ketrin Hovardın övladı ondan çox fərqlənir.

Daha konkret olsaq, əslən nigeriyalı, qaradərili Ketrinin oğlu Yon bəmbəyazdır.

Yon o qədər cazibədar uşaqdır ki, onunla artıq model agentlikləri maraqlanıblar. Ketrinin dediyinə görə, artıq 5 model agentliyi ilə anlaşma imzalayıblar.

Qaradərili ananın ağ övladının dünyaya gəlməsi, təbii ki, unikal olaydır.

Xəstəxanadakılar arasında ilk əvvəl Ketrinin ərinə xəyanət etdiyi və bu səbəbdən də, ağ uşaq doğduğunu düşünənlər də vardı. Lakin aparılmış ciddi müayinələr Ketrinin orqanizmində hər milyon insanda bir dəfə müşahidə edilən resessiv ağ genin olduğunu göstərib.

Anası qaradərili, atası ağdərili olan 3 aylıq Yonun ağdərili olması bununla bağlıdır. 32 yaşlı Ketrin Hovard və onun əri, 34 yaşlı Riçard Hovardın dediklərinə görə, xəstəxanada uşaqlarının səhv salındığını düşündükləri anlar da olub. "Axı mən nigeriyalıyam, dərim qaradır. Ərim ağdərili olsa da, övladımın bəmbəyaz doğulması şansı yoxdu. Amma Yon belə doğuldu.

Şübhələndim ki, yəqin uşağı səhv salıblar. Müayinələr bu axmaq fikrimin əsassız olduğunu göstərdi. Təbii ki, balamı görən kimi onu məndən kimsənin ayıra bilməyəcəyini anladım", - Ketrin Hovard deyib.

bottom of page