top of page

Ərdoğan: "Bu ədəbsizlik, alçaqlıqdır" - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "New York Times"ın qərəzli informasiyasına sərt reaksiya verib.

PressNews.Az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ABŞ-ın məşhur media orqanı Ərdoğanın Ankarada "Hacı Bayram" məscidindən çıxarkən çəkilən fotolarını yayımlamaqla bu məsciddə "İŞİD"ə qoşulanların olması iddiasını irəli sürüb və prezidenti bu qruplaşmaya dəstək verməkdə ittiham edib. Türkiyə prezidenti bu addımı ədəbsizlik adlandırıb. "Dünən bir qəzet "Hacı Bayram" məscidindən çıxan zaman çəkilmiş fotodan istifadə edərək bizi terrora dəstək verməkdə ittiham edir. Bu ən yüngül halda ədəbsizlik, alçaqlıqdır" - deyə prezident vurğulayıb.

bottom of page