PRESS NEWS AZERBAIJAN

Azərbaycan "Qasırğa" əsdirəcək

17.09.2014

 

Türkiyənin milli müdafiə sənayesi şirkəti ROKETSAN öz istehsalı olan "Qasırğa" raket sistemini Azərbaycana təslim etməyə başlayıb.

 

PressNews.Az-ın "TRThaber"ə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Türkiyə bir çox sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əhatəli əməkdaşlıq edir.

ROKETSAN şirkətinin sədri Eyyub Kaptan "Qasırğa" raketləri ilə bağlı bunları bildirib: ""Qasırğa" raket sistemində eyni vasitə üzərində 4 qurğu yerləşdirilməkdədir və bu tam bir sistemdir".

"Qasırğa" 300 mm çapında və 150 km uzaqlıqda olan mənzilə çata bilir. ROKETSAN təslimatdan sonra da ölkəmizə dəstəyini davam etdirəcək. Təslimat bir il ərzində tamamlanacaq.

Qeyd edək ki, Türkiyə milli müdafiə sənayesi şirkəti bundan əvvəl 122 mm çaplı "Sakarya" tipli reaktiv atəş sistemlərini və raketlərin önəmli hissəsini təhvil vermişdi.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR