Biz nə əti yeyirik?
Hər halda, nəzərə alsaq ki, hazırda ölkədə mal qara arasında nodulyar dermatit xəstəliyi geniş yayılıb, düşünməyə dəyər. Gün ərzində 10-dan artıq dana və camış ətinin satıldığını nəzərə alsaq, 2 tondan çox ətin kolbasa və sosis sexlərinə göndərildiyini yəqin etmək olar. Onu da, öyrəndik ki, bu ət kəsim məntəqəsi 3 ildən çoxdur ki, fəaliyyət göstərir. İndi siz deyin, hörmətli baytarlıq idarəsi rəsmiləri, son 3 ildə yolunuzu buradan neçə dəfə salmısınız? Yoxsa sizin evinizə sosis –kolbasa amerikadan gəlir? Sabir demişkən, qoy mən tox olum özgələr ilə nədi karim?!-ifadəsindən uzaq olun. İnsaf da dinin yarısıdır.