top of page

Əhali yeni toy islahatlarına necə reaksiya verir? - VİDEO

Menyu 15-25 manat civarında müəyyənləşdiriləcək.

Hökumət yas mərasimlərində ehsan verilməsi ilə bağlı aparılan islahatların ardından toy məclislərində təqdim olunan menyulara da müdaxilə edib.

PressNews.Az Musavat.com-a istinadən xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaq məqsədi ilə süfrəyə qoyulan yeməklərin çeşidinin azaldılacağı ilə bağlı xəbər yayılıb.

Yayılan məlumata görə, tətbiq olunacaq qadağalarla qiymətlər ucuzlaşacaq, menyu 15-25 manat civarında müəyyənləşdiriləcək. Bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir.

Bəs, görəsən, yeni qaydalar sadə insanlar tərəfindən necə qarşılanır? Əhali toy mərasimləri ilə bağlı islahatlar haqqında nə düşünür?

Bu suallarla musavat.com şəhər sakinlərinə müraciət etdi.

Sorğu iştirakçılarının maraqlı cavablarını aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

bottom of page