“Qarabağ” ilk xalını qazandı
Komandamız 90 dəqiqə ərzində rəqibindən daha üstün oyun nümayiş etdirib.
Tofiq Bəhramov adına Respublika stadiununda keçirilən “Qarabağ” - “Sent-Etyen” matçı başa çatdı.
PressNews.Az xəbər verir ki, oyun qolsuz bərabərsizliklə yekunlaşıb.
Qeyd edək ki, komandamız 90 dəqiqə ərzində rəqibindən daha üstün oyun nümayiş etdirib.
Lakin bütün səylərə baxmayaraq, sonda ya futboçularımızın qeyri-dəqiqliyi, ya da qonağ komandanın qapıçısı Stefan Ruffyenin inamlı oyunu komandamıza hesabı açmağa imkan vermədi.
Beləliklə Qurban Qurbanovun yetirmələri qrup mərhələsindəki ilk oyununda 1 xal qazandılar.
Növbəti turda “Qarabağ” oktyabrın 2-də İtaliyanın “İnter” klubunun qonağı olacaq.