PRESS NEWS AZERBAIJAN

Ordu təlimlərindən möhtəşəm qörüntülər – FOTO

18.09.2014

 

Desantçılarımız hazırlıqlara başladılar.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.

 

Müdafiə Nazirliyindən PressNews.Az-a verilən məlumata görə, təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

 

Təlimlər sentyabrın 20-dək davam edəcək.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR