PRESS NEWS AZERBAIJAN

Avtobus hara gedir?

Bakıda yol qəzası baş verib. Pressnews.az-ın Apa-ya istinadən veridiyi xəbərə görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb. 188 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib. Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub. Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevinəza barədə təcili yardıma saat 10:56-da məlumat daxil olduğunu və hadisə yerinə 2 təcili yardım briqadası göndərildiyini bildirib. O, qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR