PRESS NEWS AZERBAIJAN

Əli Həsənovdan partlayan binayla bağlı gözlənilməz qərar

19.09.2014

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Xırdalanda partlayan binaya yenidən baş çəkib. 

 

PressNews.az xəbər verir ki, ordakı vəziyyətlə tanış olan Ə. Həsənov sonra bir neçə sakinlə görüşüb. 

Ə. Həsənov onlara bildirib ki, partlamış bina yenidən təmir oluna bilər: “Çox güman ki, bu bina yenidən təmir olunub sizə veriləcək”.

Baş nazirin binaya baş çəkməsinin ardınca orada təmir işlərinin başlanıldığı deyilir. 

Xatırladaq ki, partlayışdan sonra Fövqəladə Hallar naziri Kəmalədin Heydərov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov binanın yaşayış üçün yararsız vəziyyətə düşdüyünü açıqlamışdılar. 

Qeyd edək ki, sentyabrın 8-də Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayış nəticəsində 4 nəfər həyatını itirib. 

Please reload