PRESS NEWS AZERBAIJAN

Toyda döyülən gənc danışıq qabiliyyətini itirdi - VİDEO

20.09.2014

 

Zərbənin təsirindən o bir gün huşsuz halda olub.

 

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib. 

PressNews.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə rayonun Hamaraqışlaq kəndində baş verib.

 

Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Ceyhun Habil oğlu Hüseynov həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub.

 

Belə ki, aralarındakı mübahisəni həll etmək üçün Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyəsinə bir neçə zərbə vurub. Daha sonra hadisə yerindən uzaqlaşıb.

 

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyəsindəki yaralara tikiş vurublar.

 

Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub.

Hazırda qismən səhhəti normallaşsa da Ceyhun sərbəst danışa bilmir.

 

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aprılır.