PRESS NEWS AZERBAIJAN

Azərbaydanda eynicinslilər nişanlandı - FOTOLAR

23.09.2014

 

“Bəli biz bunu etdik”.

 

Azərbaycanda qeyri-ənənəvi nişan mərasimi təşkil edilib. 

 

PressNews.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlandığını bəyan edib.

 

O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib:

“Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”

 

Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır. 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR