PRESS NEWS AZERBAIJAN

Bu gün Rusiya 50.000-dən çox Azərbaycanlıya ölkəyə girişinə qadağa qoydu

23.09.2014

 

Onların əksər hissəsi Orta Asiya və Azərbaycandandır.

 

Rusiya qanunvericiliyini pozan təxminən bir milyon əcnəbiyə Rusiya ərazisinə girişinə qadağa qoyulub.

PressNews.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə 23 sentyabr tarixində Rusiyanın FMX rəhbəri Konstantin Romodanovski jurnalistlərə bildirib.

 

“Bu gün 990 mindən çox əcnəbinin Rusiyaya girişi yasaqlanıb: “Əlbəttə ki, MDB ölkələri - Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycan siyahıya liderlik edirlər”, - Romodanovski bildirib.

 

K. Romadanovskinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib: “Biz bu il Mərkəzi Asiyadan kütləvi girişi çox azaltmışıq.

 

Ölkəyə girişin qadağan olunması qeyri-qanuni miqrasiya və qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı səmərəli xəbərdarlıq tədbiri kimi özünü göstərib”, FMX rəhbəri yekunlaşdırıb.

 

Please reload