PRESS NEWS AZERBAIJAN

Səfərbərlik çağırışı etdi

23.09.2014

PKK terror təşkilatının lideri Abdulla Öcalan kürdləri İŞİD-ə qarşı səfərbərliyə çağırıb. İmralı həbsxanasında vəkili Mazlum Dinçlə görüşən Ocalan kürdləri İŞİD-lə mübarizəyə səsləyib:

"Əslində kürdlərə qarşı bir müharibə gedir. Buna qarşı bütün kürd xalqının birgə müqavimət göstərməsi lazımdır".  Ocalan kürd probleminin həlli üçün Ərdoğan hakimiyyətinin irəli sürdüyü həll prosesini kəskin təqnid edib. Bildirib ki, Mosulda 49 diploamtın azad olunması üçün İŞİD-lə danışıq aparan Türkiyə kürdləri 2 ildir ki yola verməkdədir: 

"Dövlət əyləndirmə siyasətini israrla davam etdirir. Bu qəbul edilə bilməz və bir an əvvəl müzakirələr başlamalıdır"

 

ANS

Please reload