“Bəli biz bunu etdik”.
Azərbaycanda qeyri-ənənəvi nişan mərasimi təşkil edilib.
PressNews.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlandığını bəyan edib.
O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib:
“Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”
Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.