Özlərini İraq İslam Şam Dövləti (İŞİD) adlı terror qruplaşması ilə PKK və PYD terror qruplaşmasının üzvləri arasında qarşıdurma yaşanıb. Bizimyol.info xəbər verir ki, Suriya ilə Türkiyə sərhəddinə yaxın Tel Abyad ərazisində 300 PKK-lı girov götürülüb. PKK üzvləri paltarsız vəziyyətdə uzun müddət yerdə sürünüblər. Daha sonra onlar İŞİD terrorçuları tərəfindən güllələnib. Bu gün isə İŞİD, həmin görüntüləri yayımlayıb.