İŞİD-dən Obamaya 42 dəqiqəlik mesaj: “Qadınlarınızı alacağıq…”
Bu gün Suriyanın bombalamasından sonra İŞİD terrorçuları ABŞ-ı hədələyib. İŞİD sözcüsü Şeyx Adnaninin 42 dəqiqəlik səs yazısı yayımlanıb. Şeyx Adnani Obamaya “yəhudi eşşəyi” deyə müraciət edib:
“Bu sizin son döyüşünüz olacaq. Daha öncə olduğu kimi yenə məğlub olacaqsınız. Romanı fəth edəcəyik. Xaçınızı qırıb, qadınlarınızı köləyə çevirəcəyik. Ey yəhudi eşşəyi! Döyüşü hava hücumları ilə qazana bilməyəcəksən. Qafqazda, Xorasanda, Avropa və dünyanın bir çox yerində mücahidlərimiz var. Dövlətiniz yeni bir səlib yürüşü ilə qarşı-qarşıyadır”.
Adnani sonda kürdlərlə döyüşlərinin etnik deyil, dini bir döyüş olduğunu deyib. 42 dəqiqə boyunca Obamanı təhdid edən və aşağılayan audio-yazı artıq internetdən silinib...