Ağ pələng onun qəfəsinə daxil olan kişini parçaladı. Qorxunc hadisə Hindistanın Nyu-Dehli zooparkında baş verib.
Baş verən dəhşətli hadisənin şahidlərinin sözlərinə görə 22 yaşlı Maqsudu, pələngin əlindən xilas etmək üçün, yırtıcıya çubuqlar və daşlar
atıblar. Amma bütün bunların köməyi olmayıb. Pələng Maqsudu boğazından tutaraq uzaqlaşıb və orada onu parçalamaya davam edib.
Zooparkda olar şahidlər, növbəti 15 dəqiqə, ancaq Maqsudun fəryadını eşidiblər.
Yalnız bir neçə saat sonra, zooparkın işçiləri Maqsudun parçalanmış cəsədini qəfəsdən çıxarmaqı bacarıblar.
O iztirablı və dəhşətli ağrılarla vəfat edib.