PRESS NEWS AZERBAIJAN

Türkiyədə baş vermiş yol qəzasında azərbaycanlı tələbələrdən 3-ü ölüb, biri yaralanıb

26.09.2014

Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həlak olan azərbaycanlılar Uşak Universitetinin tələbləri olub. Qəza zamanı azərbaycanlı tələblər Ülvi Sərdarov və Elvin Bəhramlı hadisə yerində, digər həmyerlimiz isə 19 yaşlı Anar Musayev xəstəxanada həyatını itib. Bundan başqa 7 nəfər ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər. Ülvi Sərdarov Uşak Universitetinin Maliyyə fakultəsinin II kurs tələbəsi, digər tələbə Elvin Bəhramlı isə İdarəetmə fakultəsinin II kurs tələbəsi olub. Yaralananlardan isə həmyerlimiz Mayıs Həsənov və Türkiyə vətəndaşları Əminə Kan, Esra Kan və Həsən Hüseyn ağır vəziyyətdədirlər.

 

Dəhşətli hadisəyə isə azərbaycanlı tələbə Əli Kərimlinin icarəyə götürdüyü 64 LV 863 nömrə nişanlı avtomobil ilə dirəyə çırpılması səbəb olub. Dirəyə çırpılan avtomobil daha sonra qarşı tərəfə keçərək 43 LN 600 nömrə nişanlı avtomobillə toqquşub. 

 

Əldə olunan məlumatlara görə, Əli Kərimli universitetdən çıxandan sonra "Tofaş" markalı avtomobillə yarışıb və nəhayətdə idarəetməni itirib.