Türkiyədə baş vermiş yol qəzasında azərbaycanlı tələbələrdən 3-ü ölüb, biri yaralanıb
Dəhşətli hadisəyə isə azərbaycanlı tələbə Əli Kərimlinin icarəyə götürdüyü 64 LV 863 nömrə nişanlı avtomobil ilə dirəyə çırpılması səbəb olub. Dirəyə çırpılan avtomobil daha sonra qarşı tərəfə keçərək 43 LN 600 nömrə nişanlı avtomobillə toqquşub.
Əldə olunan məlumatlara görə, Əli Kərimli universitetdən çıxandan sonra "Tofaş" markalı avtomobillə yarışıb və nəhayətdə idarəetməni itirib.


